5 Aprel, 2019
Afinada ilk məscid açılacaq

Afinada Pasxa bayramından sonra ilk məscid açılacaq.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, artıq məscidin idarə heyəti tərəfindən birinci imamı təsdiq edilib. Məsciddə xütbələr yunan dilində və bəzən ingilis dilində, dualar isə ərəb dilində oxunacaq.

Qeyd edək ki, Yunanıstan Osmanlı imperiyasından ayrıldıqdan sonra Afinada məscid olmayıb. O zamanlar şəhərin mərkəzində məscidlərin binaları muzeylərə çevrilib. Yunanıstanda ümumiyyətlə isə məscidlər əsasən Frakiya bölgəsində türkdilli müsəlman əhalisinin yaşadığı yerlərdə fəaliyyət göstərir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9435.html