2 Aprel, 2019
Azərbaycan Prezidenti “Facebook”da aprel döyüşlərinin ildönümü münasibətilə videoçarx paylaşıb - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev özünün "Facebook" səhifəsində aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə videoçarx paylaşıb.

Azərbaycan Prezidenti

Ahlibeyt.az-ın ONA-ya istinadən xəbərinə görə, videoçarx - “Qəhrəmanlarımızla fəxr edirik! APREL 2016” sözləri ilə paylaşılıb.

Qeyd edək ki, bu gün Azərbaycan və Ermənistan (habelə erməni separatçıları) arasında baş vermiş aprel döyüşlərinin ildönümüdür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.





Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9432.html