27 Mart, 2019
Gürcüstan azərbaycanlıları tərəfindən Moskvada dini mərkəz açılıb

Rusiyada yaşayan Gürcüstan azərbaycanlılarının təşəbbüsü ilə Moskvada ibadət və dini mərasimlərin keçiriləcəyi yeni Hüseyniyyə istifadəyə verilib.

Gürcüstan Azərbaycanlılarından ibarət Dini İcma Moskvada yaşayan soydaşlarımız üçün ibadət və dini mərasimlərin keçirilməsi məqsədi ilə bu Hüseyniyyəni açıblar.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin(GMİ) şeyxi hacı Ramin İgidov açıqlama verib.

GMİ şeyxi bildirib ki, bir müddət müddət əvvəl 9 nəfərdən ibarət İcma üzvləri dini İcmanın təsisi və qeydiyyatı ilə bağlı müraciət ünvanlamışdı və rəsmi qurumlar tərəfindən müsbət cabab alınmışdır:

"Hazırda rəsmi icazə ilə fəaliyyətə başlayan Hüseyniyyə 150 nəfərin ibadət etməsi üçün ən yüksək şəraitə malikdir.

100 nəfərə yaxın Gürcüstan azərbaycanlılarının ianələri hesabına maliyyələşən İcmanın ibadət üçün məscidi, yeməkxanası və kitabxanası da mövcuddur.

Bu məkanın açılışında yardımı və zəhməti keçən soydaşlarımıza təşəkkür edir, Allahdan əcr və mükafat istəyirik.

Həmin məkanda edilən ibadətlərin və keçirilən mərasimlərin ali dərəcədə qəbul olmasını Uca Allahımızdan diləyirik."

1

1

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9420.html