
Bəhreyn inqilabçılarını mərkəzi təşkilatı "Bəhreyn 14 Fevral Koalisiyası"nın yaydığı məlumata görə, dünən axşam 59 yaşlı Əbdu Əli Əbdül-Hüseyn adlı qadın Ali Xəlifə polisinin yaşayış məntəqələrini zəhərli qazlarla atəşə tutması nəticəsində evində zəhərlənmiş və səhərə yaxın həyatını itirib.
Mərhumun oğlunun sözlərinə görə, mart ayının 15-də artıq anası bir dəfə polisin istifadə etdiyi zəhərli qazdan zəhərlənərək bir həftə Süleymaniyyə xəstəxanasında müalicə almışdı. Xəstəxanadan çıxandan sonra ikinci dəfə eyni hadisənin baş verməsi onun həyatını itirməsinə səbəb olub.