18 Mart, 2019
Mövlud Çavuşoğlu Yeni Zelandiyada silahlı hücuma məruz qalan "Əl-Nur" məscidini ziyarət edib

Türkiyənin vitse-prezidenti Fuad Oktay və xarici işlər naziri Mövlud Çavuşoğlu Yeni Zelandiyanın Kraystçerç şəhərində terror hücumu törədilən Əl-Nur məscidini ziyarət edib.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews "Anadolu"ya istinadən xəbər verir ki, Oktay və Çavuşoğlunu yerli rəhbərlik və polislər qarşılayıb.

Türkiyə heyətinin üzvləri məscidin divarlarına qərənfil qoyaraq hücumda öldürülən insanlar üçün dua edib.

Türkiyənin vitse-prezidenti məsciddə yaşananların terror aktı olduğunu söyləyib.

"Terrorizmin dini, irqi və coğrafi mənsubiyyəti yoxdur. Terrorçunu terrorçu adlandırmayan şəxslərə müraciət etmək istərdim. Əgər bunu bir müsəlman etsəydi, dünyada  qəzəb dalğasına səbəb olardı. Buna görə terrorçu Türkiyə üçün terrorçudur. Bir daha dünya ictimaiyyətini xəbərdar etmək istəyirəm: terror hər kəsi və hər yeri təhdid edir. Buna görə də bununla mübarizə üçün bir araya gətirmək lazımdır. Mübarizənin birgə strategiyasını inkişaf etdirmək lazımdır ", deyə Türkiyənin vitse-prezidenti bildirib.

Türkiyə xarici işlər naziri, öz növbəsində, martın 22-də İstanbulda İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısının keçiriləcəyini qeyd edib: "Yığıncaqda qəbul ediləcək qərarların icrasına nəzarət edəcək bir komissiya yaradılacaq".

Onun sözlərinə görə, Ankara bütün beynəlxalq platformalarda Kraystçerç terror hücumunun məsələsini qaldıracaq.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9407.html