17 Mart, 2019
Quran hafizi Zülfüqar Mikayılzadə və Seyyid Elman Ağayev azadlıqda

Ölkənin tanınmış ilahiyyatçıları hacı Zülfüqar Mikayılzadə və hacı Elman Ağayev prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının siyahısında yer alıblar.

Ahlibeyt.az-ınverdiyi xəbərə görə, Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

Sərəncamda bildiriib ki, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər.

Sərəncamda adları keçən şəxslər arasında ölkənin tanınmış ilahiyyatçılarından olan Quran hafizi Mikayılov Zülfüqar Sədrəddin oğlu və Ağayev Elman Seydəmir oğlunun adları da var.

Məlumata görə,artıq hər iki ilahiyyatçı cəzaçəkmə müəssisəsindən azad olunub və yaxınları tərəfindən qarşılanıb.

 

 

 

 


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9404.html