
Mərakeş Krallığının paytaxtı Rabatda İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) Konfransının 14-cü sessiyasında Azərbaycanla bağlı iki qətnamə qəbul olunub.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu haqda Oxu.Az-a açıqlamasında Azərbaycanın İƏT Pİ-dəki nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva məlumat verib.
O, qeyd edib ki, sessiyada “Xocalı qırğını qurbanlarının xatirəsinin yad edilməsinə dair” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüz etməsinə dair” qətnamə qəbul edilib.