12 Mart, 2019
Danimarkada dini icmalara xaricdən investisiyalar yatırılmasını qadağan etməyi planlaşdırırlar

Danimarkada dini icmalara başqa ölkələrdən investisiyalar yatırılmasını qadağan etməyi planlaşdırırlar.

Ahlibeyt.az-ın məlumatına görə, Azərtac Danimarka KİV-lərinə istinadla xəbər verir ki, ianələrin və digər maliyyə dəstəyi formalarının ölkənin təhlükəsizliyini təmin etmək məqsədi ilə tənzimlənməsi üçün Krallıqda müvafiq qanun layihəsi hazırlanır.

Qanun layihəsini Danimarka Xalq Partiyası 2019-cu ilin əvvəlindən etibarən hökumətlə birlikdə hazırlayır.

Bildirilir ki, qanun Danimarkada demokratik quruluşu və əsas azadlıqları sarsıdan ölkələr kimi qiymətləndirilən ölkələrdən maliyyə dəstəyinə tətbiq ediləcək. Beləliklə, qanun binaların icarəyə verilməsini, müxtəlif ianələri, əməyin ödənilməsini, hədiyyələri, borcları, habelə kredit zəmanətlərini tənzimləyəcək.

Danimarka jurnalistləri bildirirlər ki, yeni qanun Krallıqda dini qruplara maliyyə dəstəyi siyasəti yürüdən, habelə yeni məscidlərin tikintisinə yardım göstərən ölkələrə cavabdır. Məsələn, Türkiyə və Qətər belə ölkələrdəndir və onların adı qanunda qeyd edilib. Buna baxmayaraq, Danimarka qanunvericiliyində ölkələrin qara siyahısının tərtib edilməsi Krallıqda mübahisələrə və müzakirələrə səbəb olub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9391.html