
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) sədri Mübariz Qurbanlı Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarının sakinlərini qəbul edəcək.
Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, qəbul Şamaxı rayon Heydər Əliyev Mərkəzində saat martın 12-də saat 11:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Rəhim Rəhimli
Əlaqə vasitələri: Mob: (050) 300 08 92
Telefon: 020 265 33 04
Elektron poçt ünvanları:
info@scwra.gov.az
chairman@scwra.gov.az
dk-shamaxi@scwra.gov.az