
Tehranda Azərbaycan və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərifin görüşü keçirilib.
AAhlibeyt.az-ın verdiyi xəbərə görə, ONA-nın Tehran bürosunun məlumatına əsasən, görüş bu gün səhər İran XİN-in binasında baş tutub.
Görüşdə iki ölkənin əlaqələrinin inkişafı və iki ölkənin regional əməkdaşlığına dair müzakirələr aparılıb, ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.