
Hesabatda bildirilib ki, həmin rəylərə baxılması üçün toplanmış materiallar müvafiq məhkəməyə göndərilib.
Ahlibeyt.az-ın ”Report”a istinadən verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.
Ötən il daxil olan məlumatlar əsasında dini ekstremist fəaliyyətlə məşğul olduqlarına görə 188 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən əsaslandırılmış rəylər hazırlanıb.