28 Fevral, 2019
Suriyalı qaçqınlar İordaniya və Livandan ölkələrinə dönür - Video

Ötən və bu gün Livan və İordaniyadan yüzlərlə suriyalı qaçqın öz ölkələrinə dönüblər.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews  SANA-a istinadla xəbər verir ki, Livan-Suriya sərhədindəki Cədidə-Yabus keçid məntəqəsi bu gün yüzlərlə suriyalı qaçqının ölkələrinə dönməsinin şahidi olub.

Eləcə də ötən gün İordaniyadakı düşərgələrdən onlarla suriyalı qaçqın ölkələrinə dönüblər.

SANA-anın məlumatına görə şimalda kürd bölmələrinin nəzarətindəki bölgələrdən də onlarla ailə Mənbicdəki ət-Tahiyə keçidindən keçərək , ordunun terrorçulardan təmizlədiyi öz rayonlarına qayıdıblar.

Qeyd edək ki, terror qruplaşmaları ötən ilin əvvəlində Dəra və Qunaytara əyalətini tərk etdikdən və bölgədə təhlükəsizliyin bərpa edilməsindən sonra İordaniya və Livandan suriyalı qaçqınların qayıtması tendensiyası artıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9350.html