25 Fevral, 2019
Bu il yaz fəsli Azərbaycana martın 21-i saat 01:58-də qədəm qoyacaq

Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb.

Ahlibeyt.az-ın AMEA-nın rəsmi saytına istinadən veridiyi xəbərə görə,bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Məlumata görə, bu il yaz fəsli Azərbaycana martın 21-i saat 01:58-də qədəm qoyacaq

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək.Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlanacaq.

Qeyd edək ki, Azərbaycanda Fevralın 26-ı  ilk çərşənbə,Martın 19-u axır çərşənbə qeyd olunacaq

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9341.html