
Fələstin müsəlmanları 16 ildən sonra ötən gün Əqsa məscidinin "Babur-Rəhmət" müsəllasında Cümə namazı qılıb.
Ahlibeyt.az-ın İQNA-ya istinadən xəbər verir ki, Əqsa məscidinin şərqində yerləşən "Babur-Rəhmət" müsəllası 2003-cü ildən İsrail hərbiçiləri tərəfindən işğal edilmişdi.
Əqsa məscidinin Cümə xətibi Şeyx Əkrəmə Səbri ötən gün elan edib ki, sionistlərin Babur-Rəhmət qapısını bağlaması qanunsuz idi. Əqsa məscidinin bütün sahəsi İslami vəqfdir.