21 Mart, 2012
Quranın yandırılması bizim missiyamıza ağır zərbə yetirib

ABŞ ordusunun Əfqanıstandakı komandanı, general Con Allen dünən ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı bildirib ki, əsgərlərin Qurana qarşı etdikləri hörmətsizlik ABŞ-ın həmin ölkədə həyata keçirdiyi missiyasına ağır zərbə vurmuşdur.

Con Allen deyib ki, bu hadisədən sonra Əfqanıstanın bir çox şəhərlərində etiraz aksiyaları baş verdi ki, həmin etiraz aksiyaları dinc etiraz aksiyaları deyildilər. Və bu etiraz aksiyalarını sakitləşdirmək səyləri isə 22 nəfə etirazçının ölümünə səbəb olmuşdur.

Con Allen həmçinin bildirib ki, Quran və başqa dini ədəbiyyatın yandırılmasından sonra NATO ölkələrinə daxil olan hərbi birləşmələrinin 20 nəfər əsgəri qətlə yetirilib ki, onlardan 13 nəfəri elə Əfqanıstan təhlükəsilik qüvvələri tərəfindən öldürülmüşdür.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-933.html