20 Fevral, 2019
Suriya ordusundan “Nusra”ya ağır zərbə

Suriya ordusu İdlibdə əməliyyat keçirib.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un SANA-ya istinadən verdiyi xəbərə əsasən, Suriya ordusu İdlib əyalətində “Nusra Cəbhəsi” terror təşkilatının bir neçə komanda məntəqəsini məhv edib.

Suriya ordusu həmçinin, terrorçuların Həma əyalətindəki yaşayış məntəqələrini atəşə tutmasına da cavab verib.

Qeyd edilir ki, öldürülən terrorçular arasında “Nusra”nın səhra komandiri Amin Əsgər də var.

Eyni zamanda RiaNovosti agentliyinin məlumatında bildirilir ki, axşam saatlarında İdlibdə partlayış baş verib.Partlayış nəticəsində "Əl Qaidə" terror şəbəkəsinin Suriya qolu "Nusra Cəbhəsi" (Tahriruş Şam) terror qruplaşmasının lideri Əbu Muhəmməd əl-Colani başından qəlpə yarası alaraq ağır yaralanıb.Məlumata görə, terrorçu Əbu Məhəmməd Colani koma vəziyyətində intensiv terapiya şöbəsinə yerləşdirilib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9321.html