19 Fevral, 2019
Yaponiyada müsəlman turistlər üçün bələdçi xəritəsi hazırlanıb

Yaponiyanın "Tobu Railway" dəmir yolu şirkəti müsəlman turistlər üçün bələdçi xəritəsi nəşr edib.

Ahlibeyt.az-ın İQNA-ya istinadən verdiyi xəbərə görə, xəritə 7 min tirajla çap edilib. Xəritədə müsəlman turistlərə İslam şəriətinə uyğun xidmətlərin göstərildiyi restoran və hotellər barədə məlumat verilib.

Məlumata görə, müsəlman turistin bələdçi xəritəsini dəmir yol dayanacaqlarında və dəmir yol şirkətinin saytından əldə etmək olar.

Tobu şəhərinin 2017-ci ildə 1500 nəfər müsəlman turist tərəfindən ziyarət edilməsi səbəb olub ki, şəhərdə müsəlmanların mədəniyyətinə və dini ayinlərinə uyğun restoran və mağazalar təsir edilsin.

Şəhərin 140 illik Kavagoe Kusuşi restoranı müsəlman turistlər üçün namaz otağı, səccadə, qiblənin göstərildiyi və su ilə təchiz edilmiş otaqlar hazırlayıb.

Yaponiyada müsəlman turistlər üçün bələdçi xəritə hazırlanıb




Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9316.html