20 Mart, 2012
Kərbəlada və Kərkükdə partlayışlar törədilib

Bu gün İraqda törədilmiş partlayışlar nəticəsində 23 nəfər həyatını itirib, 100 nəfərə yaxın adam isə yaralanıb.

France Presse agentliyinin verdiyi məlumata görə, Kərbəlada iki partlayış nəticəsində 13 nəfər qətlə yetirilib, 48 nəfər yaralanıb. Kərkükdə baş verən terror aktı zamanı isə 7 nəfər həyatını itirib və 30 nəfər yaralanıb. Bu partlayışlardan başqa paytaxt Bağdaddakı partlayış zamanı 3 nəfər qətlə yetirilmiş, 21 nəfər isə yaralanmışdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-931.html