
ABŞ Nümayəndələr Palatası Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəməndəki əməliyyatlarında ABŞ hərbi yardımının dayandırılmasını nəzərdə tutan qanun layihəsini səsçoxluğu ilə qəbul edib.
Sənədin qəbul edilməsi üçün 248 konqresmen səs verib, Nümayəndələr Palatasının 177 üzvü layihəyə qarşı çıxıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, SalamNews "Anadolu"ya istinadən bildirir ki, qanun layihəsi Senat tərəfindən təsdiq edilməlidir.
Qanun layihəsi demokrat konqresmenlər Roh Hannah (Kaliforniya ştatı), Mark Pokan (Viskonsin ştatı) və Pramila Jaypal (Vaşinqton ştatı) tərəfindən təqdim olunub.