
Qətər dövlətinin ruporu olan Şeyx Yusif Qərzavi Misirdə Suriya müxalifətinə dəstək konfransında çıxışı zamanı İran və Hizbullaha qarşı birləşməyə çağırış edib.
Suriyada fəaliyyət göstərən terrorçulara səslənən Yusif Qərzavi deyib ki, siz tək deyilsiniz. Misir, Tunis, Liviya, İordaniya və digərləri sizinlədir.
Şeyx Yusif Qərzavi İran və Hizbullah təşkilatının Suriya prezidentini dəstəkləməsini tənqid edərək ərəb dövlətlərindən İran və Hizbullaha qarşı birləşməyə çağırıb.
Bəşər Əsədi qorxaq siçan adlandıran rəzil şeyx İran və Hizbullahı da təhqir edib. O Hizbullah təşkilatının adının əslində Hizbullat(Lat cahiliyyə dövründə Kəbədə müşriklərin tapındıqları üç əsas bütdən biridir - red) olduğunu bildirib