18 Mart, 2012
Bəşər Əsədi qətlə yetirən Cənnətə düşəcək!

Misirin tanınmış ilahiyyatçılarından olan Səfvət Hicazi Bəşər Əsədi qətlə yetirməyin vacib olduğunu bildirib.

"İslam ümmətinin və alimlərinin Suriya və Fələstin xalqına yardımda rolu" adlı konfransda iştirak edən Səfvət Hicazi çıxışı zamanı deyib ki, hər kimin Bəşər Əsədi öldürməyə imkanı varsa və bunu etmirsə, həmin şəxs günahkardır. Mən tanınmış şəxs olmasa idim, özüm Suriyaya Bəşər Əsədi öldürməyə yola düşərdim.

Səfvət Hicazi daha sonra deyib ki, Hər kim Bəşər Əsədi qətlə yetirə bilsə, mən zaminəm ki, o Cənnətə düşəcək.

Qeyd edək ki, Səfvət Hicazi radikal baxışlarına görə Böyük Britaniyaya girişinə qadağa qoyulan on altı nəfərdən biridir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-928.html