
“Ərəb Dövlətləri Liqasında üzvlüyümüzü bərpa etmək üçün Dəməşqin qarşısına şərtlər qoymaq onu alçaltmaqdır, Suriya bununla razılaşmayacaq. Bu şərtləri irəli sürənlər hədəflərinə nail olmayacaq”.
Ahlibeyt.az-ın məlumatına görə, Salamnews əl-Aləmə istinadla xəbər verir ki, bunu Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdad deyib.
Feysəl Miqdadın şərtlərlə bağlı açıqlaması Suriya XİN-in rəsmi Facebook səhifəsində yerləşdirilib.
Qeyd edək ki, son aylarda Dəməşqdə bir sıra ərəb səfirliklərinin açılması, bəzi ərəb liderlərinin Dəməşqə səfəri Suriyanın yenidən ƏDL-ə qayıtmasına zəmin yaradıb. Buna baxmayaraq Suriya ƏDL-in Livanda keçirdiyi son zirvə toplantısına da dəvət edilməyib.