
Rusiya daxili işlər nazirinin müavini İqor Zubov İŞİD terror təşkilatına aid çox sayda terrorçunun Pakistandan Əfqanıstan və Orta Asiya regionuna gətirildiyini açıqlayıb.
Ahlibeyt.az İslamazeri.com-a istinadən xəbər verir ki, çox sayda İŞİD terrorçusunun Pakistandan Əfqanıstan və oradan da Tacikistana gətirildiyini açıqlayan İqor Zobov Düşənbə rəhbərliyinə bu barədə xəbərdarlıq edib.
Zubov İŞİD-in yeni hərəkətlərinin yeni miqrasiya dalğasına təkan verəcəyini qeyd edərək, bu vəziyyətin Rusiya üzərində təsirli olacağını qeyd edib.
Rus səlahiyytəli bu vəziyyətdə Tacikistan və Özbəkistandan Rusiyaya səyahət edənlərin daha ciddi bir şəkildə idarə olunmasının lazım olduğunu ifadə edib.