17 Mart, 2012
Ayətullah Musəvi Ərdəbili Ümrə ziyarətindədir

Qum Elmi Hövzəsinin müctehidlərindən olan mərcei-təqlid Ayətullahul-Üzma Seyyid Musəvi Ərdəbili Ümrə ziyarətindədir.

Ayətullah Xameneinin Mədinə şəhərindəki Həcc məsələləri üzrə dəftərxanasının verdiyi məlumata görə, Ayətullah Musəvi Ərdəbili Ümrə ziyarətini yerinə yetirmək üçün dünən Mədinə şəhərinə varid olub.

Məlumatda bildirilir ki, Ayətullah Seyyid Musəvi Ərdəbili Ayətullah Xameneinin Mədinə şəhərində yerləşən Həcc məsələləri üzrə dəftərxanasının nümayəndəsi Hüccətül-İslam vəl-muslimin Nəcəfi Ruhani və digər şəxslər tərəfindən xüsusi ehtiramla qarşılanmışdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-925.html