
BMT-nin Uşaq Fondu (YUNİSEF) dünyada humanitar yardıma ehtiyacı olan uşaqların real sayını açıqlayıb.
Ahlibeyt.az-ın Eastnews-a istinadən məlumatına görə, təşkilat bəyan edib ki, hazırda 41 milyon uşağın humanitar yardıma ehtiyacı var.
“Bu uşaqlara yardım edilməsi üçün 3.9 milyard dollar xərclənməlidir”, - deyə təşkilat diqqətə çatdırır.
Qeyd olunur ki, bu uşaqlar müharibə, təbii fəlakət və digər fövqəladə halların kölgəsində həyatlarını davam etdirirlər.