
İraq ordusu İŞİD-ə qarşı hava əməliyyatı keçirib
Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İraqın Hərbi Hava Qüvvələri (HHQ) Ənbar vilayətinin qərbində ər-Rutba səhrasında İŞİD terror təşkilatına qarşı hava əməliyyatı keçirib.
Hava zərbələri nəticəsində terror təşkilatının 6 komandiri məhv edilib.
Öldürülən terrorçuların İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin yaxın adamları olduğu qeyd edilir.
Əməliyyat terrorçular avtomobillə hərəkət edərkən keçirilib.
Həmin terrorçuların bir çox cinayətdə əllərinin olduğu da əlavə edilib.