29 Yanvar, 2019
Müsəlmanlar üçün ilk brauzer təqdim olundu

Malayziyanın “Salam Web Technologies” startapı müsəlmanlar üçün nəzərdə tutulmuş ilk brauzeri təqdim edib.

Ahlibeyt.az-ın məlumatına görə, “Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, “SalamWeb” brauzeri internetdə mədəni sörfinq üçün nəzərdə tutulub.

Proqramın yaradıcılarının fikrinə görə, brauzerə quraşdırılmış bir neçə filtrasiya aləti müsəlmanları təhqir edən və açıq-saçıq məzmunu bloka salır. Məsələn, brauzer pornoqrafiya və qumar oyunlarından ibarət saytları istifadəçidən gizlədir. “SalamWeb” brauzeri bütün populyar platformalarda (“Windows”, “Mac”, “iOS” və “Android”) əlçatandır.

Hazırda “SalamWeb” brauzeri əsasən Malayziya və İndoneziyada yaşayan müsəlmanlar üçün nəzərdə tutulub. Şirkət gələcəkdə dünyada yaşayan müsəlmanların 10%-ni əhatə etmək niyyətindədir.

Qeyd edək ki, hazırda dünyada təxminən 1,8 milyarda yaxın müsəlman yaşayır.

Müsəlmanlar üçün ilk brauzer təqdim olundu


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9242.html