29 Yanvar, 2019
İngiltərənin səhiyyə nazirindən sosial şəbəkə şirkətlərinə xəbərdarlıq

İngiltərənin səhiyyə naziri zərərli məzmunlu paylaşımların aradan qaldırılması ilə bağlı sosial şəbəkə şirkətlərinə xəbərdarlıq edib.

Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, İngiltərənin səhiyyə naziri Matt Hankok zərərli məzmunlu paylaşımlar aradan qaldırılmasa sosial şəbəkə şirkətlərinin fəaliyyətinin qadağan oluna biləcəyini söyləyib.

M.Hankok şirkətlərin bu məzmunlu paylaşımları dayandırmadığı təqdirdə bununla bağlı qanun layihəsi qəbul edə biləcəklərini deyib.

Nazir sosial şəbəkə şirkətlərinə intihar videolarının paylaşılmaması üçün dəfələrlə çağırış edib.

Buna səbəb isə 2017-ci ildə 14 yaşlı Molli Rasselin sosial şəbəkədə izlədiyi zərərli məzmunlu məlumatdan sonra intihar etməsi olub.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9240.html