29 Yanvar, 2019
56 milyon insanın təcili ərzaq yardımına ehtiyacı var

BMT-nin məlumatına görə, müharibə və münaqişə baş verən 8 ölkədə qida çatışmazlığı artıb və 56 milyon insana təcili ərzaq yardımı lazımdır.

Ahlibeyt.az-ın məlumatına görə, Maide.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Dünya Qida Proqramı (WFP)  və Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatına görə, Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Demokratik Konqo Respublikası, Cənubi Sudan və Yəməndə ötən il qarşıdurmalar səbəbiylə qida çatışmazlığı artıb.

Hesabata görə, beş ölkə o cümlədən Suriya, Somali və Yəməndə 56 milyon insana təcili ərzaq yardımı lazımdır.

Hesabatda aclıq səviyyəsinin  "misli görünməmiş və qəbul edilməz dərəcədə" artdığı bildirilib.Həmçinin Yəməndə  dünyanın ən böyük humanitar böhranının yaşadığı da qeyd olunub.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9239.html