
İslam İnkişaf Bankı (İİB) 2019-2020-ci tədris ili üçün təlim, təhsil və tədqiqat üzrə təqaüd proqramları elan edib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Təhsil Nazirliyinin məlumatında bildirilir ki, Proqrama əsasən, peşə təhsili, bakalavriat, magistratura, doktorantura və doktorantura sonrası tədqiqat səviyyələri üzrə təqaüdlər təklif olunur.
Təqaüd proqramının tədris dili ingilis dilidir. Təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti İslam İnkişaf Bankı tərəfindən ödəniləcək.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri cari ilin fevral ayının 28-dək https://isdbscholarships.smartsimple.com/s_Login.jsp səhifəsinə göndərməlidirlər.