22 Yanvar, 2019
Qarabağ münaqişəsi həll olmadan Qafqazda stabillik mümkün deyil - Çavuşoğlu

Qarabağ münaqişəsi həll olmadan Ermənistanla münasibətlərimizin düzəlməsı mümkün deyil.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews "Hürriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlayıb.

Çavuşoğlu bildirib ki, bölgədəki və dünyadakı problemlərin həlli üçün Türkiyə konstruktiv və humanist siyasət yürüdür:

“Bəzi problemləri həll etmək üçün təşəbbüskar olmaq lazımdır. Sadəcə mənfəətləri qorumaq yetmir. Qarabağ münaqişəsi həll olmadan Qafqazda stabilliyin mümkün olmadığı kimi, Ermənistanla da münasibətlərimizin düzəlması mümkün deyil. 2019-cu ildə bu məsələlərlə daha yaxından məşğul olacayıq".

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9223.html