
Nigeriya ordusu terrorçular tərəfindən nəzarətə görərülən Rann şəhərini azad edib
Ahlibeyt.az-ın xarici kiv-ə istinadən məlumatına görə, Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno ştatında İŞİD terror qruplaşmasına yaxın olan “Boko Haram” hərəkatının dəstələri tərəfindən işğal olunmuş Rann şəhərini azad edib.
Bu barədə ordudakı mənbə məlumat verib.
Bildirilib ki, şəhər yanvarın 14-ü gününün ikinci yarısında üç saatlıq döyüşdən sonra işğal olunsa da, bir gün sonra hərbçilər şəhərə nəzarəti bərpa ediblər.
Qeyd edək ki, "Boko - Haram" təkfirçi-terror Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında sələfi(vəhhabi) qanunları ilə idarə olunacaq İslam dövlətinin yaradılmasına çalışır.