16 Yanvar, 2019
Türkiyə tarixində ilk: Yeni xristian məbədi inşa ediləcək

Türkiyədə uzun müddət fasilədən sonra yeni kilsə tikiləcək.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə Respublikasında 1923-cü ildən bəri ilk dəfə olaraq xristian məbədi inşa ediləcək.  Yeni Suriya pravoslav kilsəsinin tikintisi cari ilin fevral ayında start götürəcək.

700 nəfər üçün hesablanmış məbədin 2 il ərzində istifadəyə verilməsi planlaşdırılır.

Xatırladaq ki, ilk dəfə yeni kilsənin tikintisi planları haqda hələ 2015-ci ildə o zamankı baş nazir Əhməd Davudoğlu qeyri-müsəlman azlıqların nümayəndələri ilə görüş zamanı bildirmişdi.

Yeni kilsəsinin tikintisi zərurəti qonşu Türkiyədə xristian suriyalılar icmasının sayının artması ilə izah edilir. Hazırda təkcə İstanbulda bu icmanın azı 25 min nümayəndəsi var.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9206.html