
İraq Hərbi Hava Qüvvələri Ənbar vilayətində İŞİD terrorçularına qarşı əməliyyat keçirib.
Ahlibeyt.az-ın Eastnews.org-a istinadən verdiyi xəbərə görə, ötən gün İraq HHQ-nə məxsus“Mi-171” vertolyotundan açılan atəş nəticəsində 5 İŞİD üzvünün zərərsizləşdirildiyi bildirlir.
Antiterror əməliyyatlarının Ənbar vilayətinin səhra ərazisində baş verdiyi qeyd edilir.