13 Yanvar, 2019
İSESCO Qüdsü İslam Mədəniyyətinin Paytaxtı elan edib

ISESCO (İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı) 2019-cu ildə Qüdsü İslam Mədəniyyətinin Paytaxtı elan edib.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews-un "Anadolu"ya istinadən verdiyi xəbərə əsasən, bu barədə təşkilatın baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Rabatda təşkil etdiyi mətbuat konfransında açıqlama verib.

Tuveycrinin sözlərinə görə, Qüdsün mədəni irsinin qorunması məsələsi ilə bağlı beynəlxalq ictimaiyyətin və müsəlman ölkələrinin dəstəyinin gücləndirilməsi məqsədi ilə xüsusi  proqrama start verilib.

Tuveycri, təşkilata üzv ölkələri İSESKO-nun təşəbbüsünə dəstək verməyə çağırıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9194.html