12 Yanvar, 2019
Radikal hinduslardan tələb - Babur məscidi yerində "Ram məbədi" tikilməlidir

Hindistanın Ali Baş Məhkəməsi Yanvar ayının ilk günlərində baxılacaq Babri məscidi ilə bağlı məhkəmə işinin vaxtını yenidən təxirə salıb.

Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə, "Babur məscidi" (digər adı Babri) ilə bağlı məhkəmə işinin tərixə salınmasına səbəb iclasda iştirak edəcək hakimlərin sayının azlığı olub.

Məhkəmədə iştirak edəcək beş hakimdən biri onun əleyhinə "ədalətsizlik" ittihamı irəli sürüldüyü üçün məhkəmə iclasına gəlməyib.

Hindistanın sağçı qrupları dövlətdəki hakim partiya "Biharatiya Canata"dan tələb edirlər ki, Babri məscidin yerində "Ram məbədi" tikilməlidir. Hindistanın baş naziri Narindra Mudi isə məhkəmənin qərarını gözlədiyini elan edib.

Hindistanın Ali Baş Məhkəməsi münaqişəli Babri məscidi ilə bağlı növbəti məhkəminin Yanvar ayının 29-da keçiriləcəyini elan edib.

Qeyd edək ki, Barbi(Babur) məscidi 1527-ci ildə Hindistanın Utrapradeş əyalətinin Ayudiya şəhərində yerləşən qədim Ram-Kut təpəliyində tikilib.Məscid Babur şahın göstərişi inşa olunub.

Hindlilər bildirir ki, bu məscid qədim Rama "ilahi"sinin doğulduğu yerdə və qədim bir məbədin yerində tikidiyi üçün sökülməli və yerində yenidən məbəd tikilməlidir.(Bəzi məlumatlara görə hinduslar Ramanı tarixi real şəxsiyyət hesab edir red.)

İngilislərin Hindistan yarımadasını işğal etdiyi dövrdən bəri bu məscid ətrafındakı qalmaqallar bitmir. 1992-ci ildə məscidin hindlilər tərəfindən dağıdılması müsəlman və radikal hinuslar arasında olan siyasi, ictimai və məzhəbi münasibətlər gərginləşib.Bu məscid ətrafında baş verən hadisələrdə indiyədək 2000 nəfərə qədər insan həyatını itirib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/read/radikal-hinduslardan-talab---babur-mascidi-yerinda-ram-mabadi-tikilmalidir.html