11 Yanvar, 2019
Səudiyyə Ərəbistanında sürücülük vəsiqəsi alan qadınların sayı sürətlə artmaqdadır

Qısa müddət ərzində Səudiyyə Ərəbistanında 40 mindən artıq qadın sürücülük vəsiqəsi alıb.

Ahlibeyt.az-ın məlumatına görə, krallığın daxili işlər naziri Məhəmməd əl-Bassami bildirib ki, Səudiyyə Ərəbistanı hakimiyyəti ölkənin müxtəlif bölgələrində qadınlar üçün 14 yeni təlim mərkəzi açmağı planlaşdırır.

Bildirilir ki, hazırda fəaliyyət gösətərən mərkəzlərdə sürücülük kurslarına yazılmaq istəyənlərin çox olması növbələrin yaranmasına səbəb olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı tarixində qadınların avtomobil idarə etməsi qadağası ötən il iyunun 24-də aradan qaldırılıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9187.html