11 Yanvar, 2019
Fələstinli uşaq 8 aya Quranı əzbərlədi

Fələstinli azyaşlı  Qəzza sakini Əla Əvəz regionda olduqca qısa vaxt ərzində - 8 ay müddətinə Qurani-Kərimi əzbərləyib.

Ahlibeyt.az-ın məlumatına görə, İQNA agentliyinin BƏƏ-nin "əl-Bəyan" nəşrinə istinadla verdiyi xəbərə əsasən, Qəzza zolağında yaşayan Fələstinli azyaşlı Əla Əvəz Cəbaliya şəhərinin "əl-Əmri" məscidində Qurani-Kərimin hifzi kursuna yazılıb və burada Qurani-Kərimi 8 ay müddətində tamamilə hifz edib.

Azyaşlı Qurani-Kərimi "təsmi" (eşitmə) yolu ilə gündə bir səhifə əzbərləməyə başlayır. Sonra hər gün 2, bir müddət sonra hər gün 3 və sonda səhifələrin sayını artıraraq hər gün 16 səhifə əzbərləyə bilir. Bundan əlavə isə öncəki günlərdə əzbərlədiyi səhifələri də hər gün 45 səhifə olmaqla təkrarlayır.

Əlanın anası Ümmi Əli Əvəz deyir: Mən müşahidə etdim ki, Əlanın Quranı əzbərləməyə həvəsi çoxdur. Buna görə də hər gün onun işlərinin nizamlayır və evdə onun Quranı əzbərləməsinə kömək edirdim.

Qeyd edək ki, 8 yaşlı Əlanın Qurani-Kərimi 8 ayda əzbərləməsi Fələstində yeni rekord sayılır və hazırda o, Fələstinin ən azyaşlı Quran hafizidir.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9186.html