
Belçikanın paytaxtı Brüsseldə İmam Rza(ə) məscidinə "Molotov" kokteylləri ilə hücum edilib.
Hücum nəticəsində məscidin imamı Hüccətül-İslam Şeyx Abdullah Dəhduh da həlak olub. O məsciddə baş verən yanğını söndürməyə cəhd göstərərkən zəhərlənərək həyatını itirib.
Artıq hadisə ilə bağlı bir nəfər şübhəli şəxs həbs edilib.
Xatırladaq ki, 2007-ci ildə Brüsseldə yaşayan vahhabilər şiələri təhdid etdiklərinə görə həmin məscid polisin nəzarəti altına götürülmüşdü.