
NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə SalamNews-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.