9 Yanvar, 2019
Hicablı qadınları təhqir edən sənətçiyə Ərdoğandan sərt sözlər - Video

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi AKP TBMM  toplantısında sənətçi Dəniz Çakırın hicablı xanımlara qarşı davranışına sərt reaksiya verib.

Ahlibeyt.az-ın "Habar7"-yə istinadən məlumatına görə, bir neçə gün əvvəl Türkiyənin məşhur aktrisası Dəniz Çakırın hicablı xanımlara yaxınlaşaraq  "Nə gəzirsiniz burada, Səudiyyə Ərəbistanına gedin" sözlərini deməsi böyük ajiotaja səbəb olub.

Ahlibeyt.az-ın Az baku.ws-yə istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi partiyasının növbəti toplantısında aktrisanın dediklərinə sərt reaksiya verib.

Ərdoğan Çakırın ünvanına "Bu ölkənin başı örtülü gənc qızlarına "Səudiyyə Ərəbistana gedin" demək faşistliyin ən son həddidir. Sənətçi imiş, nə idi onun adı...Dərd başqadır.Bu CHP zehniyyətidir.AKP insanların həyatını qoruyan siyasi təfəkkürdür.Demokratik düşüncəyə görə,hər kəsin düşüncəsinə hörmətlə yanaşılmalıdır.Başı açıqlar,saqqallılar,saqqalsızlar deyə ayrıntı olmamalıdır".

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9168.html