
“Yaxın günlərdə Yəmən Ordusuna və Xalq Komitələrinə yeni ərsəyə gətirilmiş ballistik raket sistemləri veriləcək”
Ahlibeyt.az-ın məlumatına görə, SalamNews əl-Məsira telekanalına istinadla xəbər verir ki, bunu qərargahı paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yahya Səri deyib.
Husilərlə müttəfiq olan yəmənli general bildirib ki, yeni raketin sabiqkilərlə müqayisədə imkanları yaxşıdır.
Qeyd edək ki, yəmənlilər bundan öncə Səudiyyənin hücumlarına cavab olaraq, “Burkan”, “Zilzal”, “Bədr” və sair yerli istehsallı ballistik raketləri ərsəyə gətirdiklərini bildirmişdilər. Husilər ötən il bu raketlərdən birini Səudiyyə paytaxtına ata bilmişdilər.