8 Yanvar, 2019
ABŞ Suriyadan çıxardığı qüvvələrin bir qismini Kərkükə yerləşdirib

ABŞ Suriyadan çıxardığı hərbi qüvvələrin bir qismini Kərkük əyalətində Peşmərgə qüvvələrinin olduğu qərargahlara yerləşdirib.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews "MehrNews"a istinadla xəbər verir ki, bu barədə Peşmərgə mənbələri məlumat veriblər.

İraqın Kürdüstan Muxtariyyətində Peşmərgə-nin yüksək rütbəli komandirlərindən biri bildirib ki, Suriyadan çıxarılan çoxlu sayda Amerika qüvvələri Kərkük əyalətində hərbi qərargahlara daxil olublar.

Türkiyə mətbuatı ötən həftə Suriyanın Həsəka əyalətindən İraq sərhədləri istiqamətdə hərəkət edən amerikalıların böyük hərbi karvanlarının görüntülərini yayımlamışdı.

Peşmərgə mənbəsi İraqın şimalına daxil olan və Kərkükdə yerləşdirilən ABŞ qüvvələrinin sayını açıqlamayıb.

Qeyd edək ki, İraq könüllü gücləri "Haşdi Şabi"nin  "Ashaib ahli haqq" briqadasının mətbuat katibi Cavad Talibavi İraq hökümətindən ABŞ hərbçilərinin ölkə ərazisindən çıxarılması üçün tələb irəli sürmələrini istəyib.Onun sözlərinə görə, İraq höküməti və parlament bununla bağlı qərar qəbul etməsələr və hüquqi-diplomatik yollarla bu problemi həll etməsələr  "Haşdi Şabi" İraqdakı ABŞ hərbçilərinə hücum edəcəklər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9162.html