
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri, uşaq inkişafı mütəxəssisi Ceyran Rəhmətullayeva tərəfindən “Ailədə müsbət valideynlik” mövzusu üzrə Komitənin rəsmi veb-saytında http://www.scfwca.gov.az online forum keçiriləcək.
Ahlibeyt.az-ın Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, mövzu ətrafında vətəndaşların sualları online şəkildə operativ qaydada cavablandırılacaq.
Forum Yanvarın 9-da saat 15:00 – 17:00-dən canlı olaraq keçiriləcək.
Sual ünvanlamaq istəyən şəxslər həm də Komitənin rəsmi facebook səhifəsindən də istifadə edə bilər.