
İraq mətbuatı xəbər verir ki, iraqlı xəttat Hüseyn əl-Xorasan dünyanın ən uzun Qurani-Kərimi hazırlamaqdadır.
5.500 metr uzunluğunda olan Qurani-Kərim Nəcəf şəhərinin 2012-ci ildə İslam Mədəniyyətinin Paytaxtı seçilməsi şərəfinə hazırlanır. Süls və nəsx xəttilə yazılacaq Quranın artıq Bəqərə surəsi yazılmaqdadır.
Yeddi aya hazırlanan Qurani-Kərim 700 min ABŞ dollara başa gələcəkdir. Həmçinin Qurani-Kərimin hazırlanmasında Hüseyn əl-Xorasaniyə Türkiyədən və İrandan dəvət edilmiş xəttatlar kömək edəcəklər.
Bildirilir ki, hazırlandıqdan sonra həmin Qurani-Kərimi dünyanın ən uzun Quranı kimi "Ginnesin Rekordlar Kitabı"na salınacaq.