
Səudiyyə Ərəbistanı cari ilin ortalarına kimi Suriya paytaxtı Dəməşq şəhərində öz səfirliyini yenidən açaçaq.
Ahlibeyt.az-ın FaktXəbər-ə istinadən məlumatına görə, bu barədə Britaniyanın Telegraph qəzetinin analitiki Denni Makki "Bütün yollar Dəməşqə aparır" adlı hesabatında bildirib.
"8 il ərzində Suriya prezidenti Bəşər Əsədə qarşı mübarizə aparan Səuriyyə Ərəbistanı hazırda onun liqitimliyini tanıyaraq yenidən siyasi əlaqələr qurmaq niyyətindədir", - deyə o, qeyd edib.
Makkinin sözlərinə görə, hər şey, Sudan prezidenti Omər əl-Bəşirin Dəməşqə səfərindən tutmuş BƏƏ və Bəhreyn səfirliklərinin açılışına kimi öncədən planlaşdırılıb.