
İraqın şimal-qərbində keçirilən anti-terror əməliyyatlarında çox sayda terrorçu saxlanılıb.
Eastnews.org-un verdiyi xəbərə görə, İraq təhlükəsizlik qüvvələri İŞİD terrorçu qruplaşmasının yüksək səviyyəli komandirini məhv edib.
Ölkənin şimal əyaləti olan Neynəvada keçirilən anti-terror əməliyyatlarında çox sayda terrorçu saxlanılıb.
Əməliyyatlar zamanı Mosulun şərqindəki Baduş rayonunda gizlənmiş İŞİD komandirlərindən biri məhv edilib.
Bundan əlavə 17 terrorçu ələ keçirilib. Terrorçulardan çox sayda silah-sursat ələ keçirilib.