4 Yanvar, 2019
Özbəkistanda ötən il 39 məscid tikilib

Özbəkistanda 2018-ci ildə 13 yeni məscid istifadəyə verilib.

Ahlibeyt.az-ın SalamNews istinadən xəbər verir ki, bu barədə Öbəkistan Müsəlman İdarəsini məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən il ərzində 39 məscid tikilib, 100-ə yaxın məscid təmir olunub.

Özbəkistan Müsəlmanları İdarəsi bir il ərzində  Beynəlxalq İslam Akademiyası, İslam Mədəniyyəti Beynəlxalq Mərkəzi, Vəqf Xeyriyyə Fondu və "Hədis Elmlər Məktəbi" adlı ali İslam Təhsil Təşkilatı yaradıb.

İdarənin məlumatında bildirilir ki, 2018-ci ildə Özbəkistanın 7.200-dən çox vətəndaşı həcc ziyarətinə gedib.



Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9149.html