
Kəşmir müsəlmanları ötən gün İŞİD terror qruplaşması ünsürlərinin Srinagar came məscidinə hörmətsizliyinə etiraz olaraq mitinq keçirib.
Ahlibeyt.az-ın məlumatına görə, Maide.az “Hindustan Times”a istinadən xəbər verir ki, etiraz aksiyasına Hürriyyət partiyasının rəhbəri və Srinagar came məscidinin ruhanisi Mirvaiz Ömər Faruq təşkilatçılıq edib.
Etirazçılar İŞİD və terrorçular əleyhinə şüarlar səsləndirib, məscidə qarşı hörmətsiliyi kəskin pisləyiblər.
Etirazçılar yürüş edərək məscidin içərisində təmizlik işləri aparıb, minbəri yuyub təmizləyiblər.
Qeyd edək ki, cümə günü üzlərini maska ilə bağlamış bir qrup naməlum şəxs, İŞİD terror qruplaşmana aid bayraq daşıyaraq Srinagar came məscidinə ayaqqabı ilə girərək məscidə hörmətsizlik edib, ayaqqabı ilə minbərə çıxıblar, İŞİD-i dəstəkləyən şüarlar səsləndiriblər.