2 Yanvar, 2019
Kərbəla şəhidlərinə aid yeni zərih ziyarətə açıldı - FOTO
Kərbəlada Aşura günü Həzrət İmam Hüseynlə(ə) bərabər şəhid olan yavərlərinə yeni zərihin quraşdırılması başa çatdıqdan sonra, ziyarətə açılıb.

Ahlibeyt.az-ın məlumatına görə, müqəddəs ziyarətgahın təmir-bərpa idarəsinin sədri Kərim Əl-Ənbari yeni zərih ilə bağlı bəzi məlumatları açıqlayıb:

“Zərihin çəkisi təxminən 4 tondur. Hazırlanmasında 9 kq 18 karat qızıl, 804 kq gümüş, 200 kq mis, 300 kq paslanmayan polad, Birmadan idxal edilən təxminən 2 ton taxta istifadə edilmişdir. Ölçüsü baxımından yeni zərih köhnədən çox fərqlənmir”.

Zərihin dizaynı və istehsalı, Müqəddəs Qum şəhərində Heyəti Üləma tərəfindən bağışlanmış və müqəddəs hərəmin idarəsinin nəzarəti altında həyata keçirilmişdir.






Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9141.html